Avropa İnformatika Olimpiadasından gümüş medal
Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ2019) keçirilir.
Azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak edirlər.
Ölkəmizi təmsil edən Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək gümüş medala layiq görülüb.
Əziz Hüseynov Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin X sinif şagirdidir.
Qeyd edək ki, avqustun 23-də başlayan olimpiada bu gün başa çatır.
6 il əvvəl
Digər xəbərlər
-
“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıb
28.04.2026 - 15:50 -
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00
