• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Olimpiya mədəniyyəti və təhsil proqramı çərçivəsində pavilyonla tanışlıq

Təhsil, Gənclər və İdman nazirlikləri, Azərbaycan Milli Olimpiya Komitəsi “Bakı 2019” Əməliyyat Komitəsinin dəstəyi ilə “Olimpiya mədəniyyəti və təhsil proqramı” çərçivəsində Atletlər kəndində təşkil olunan paviliyonda Bakı şəhərindən seçilmiş 49 məktəb təmsil etdikləri Avropa ölkələrinin stendləri ilə çıxış edib.

Stendlərlə tanış olan nazir müavini Firudin Qurbanov məktəblilərə söhbət aparıb, proqramın əhəmiyyətindən danışıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 22 iyul 2019-cu il tarixindən 49 təhsil müəssisəsinin təmsilçiliyi ilə təşkil olunan paviliyonda məktəblər rəsmi nümayəndələrə, Atletlər kəndində məskunlaşan idmançı və qonaqlara təmsil etdiyi ölkələrin mədəniyyəti, incəsənəti, tarixi və idmanı barədə məlumat təqdim edir.

Paviliyonun təşkilində məqsəd gənc idmançılar arasında Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq etməkdən, Azərbaycan mədəniyyəti, tarixi, incəsənətini təbliğ etməkdən ibarətdir.

Paviliyon öz işini 26 iyul 2019-cu il tarixinədək davam etdirəcək.


5 il əvvəl