Peşə təhsili müəssisələrinin Direktorlar Şurasının ilk iclası
İyulun 26-da Peşə Təhsili üzrə Dövlət Agentliyində peşə təhsili müəssisələrinin Direktorlar Şurasının ilk iclası keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov tədbiri açaraq agentliyin nəzdində məşvərətçi orqan olaraq fəaliyyət göstərəcək şuranın yaradılması məqsədindən danışıb. Direktor qeyd edib ki, şura peşə təhsil müəssisələrinin fəaliyyəti, qarşılaşdıqları problemlərlə bağlı mütəmadi müzakirələrin keçirilməsi və müvafiq qərarların qəbul olunması məqsədlərinə xidmət edəcək.
İclasda iştirak edən peşə təhsili müəssisələrinin direktorları şuranın fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb, mövcud problemlər və onların həlli yollarına toxunublar.
Tədbirdə həmçinin, uzunmüddətli əmək fəaliyyətinə görə peşə təhsil müəssisələrində rəhbər vəzifədə çalışmış bir sıra şəxslər təltif edilib.
Qeyd edək ki, 9 nəfərdən ibarət Direktorlar Şurası Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri arasında koordinasiyanın gücləndirilməsi, sözügedən təhsil pilləsi üzrə tətbiqi nəzərdə tutulan normativ hüquqi sənədlərin və təlimatların hazırlanması zamanı səmərəli müzakirələrin təşkili və peşə təhsili müəssisələrinin fəaliyyətinin optimallaşdırılması kimi məqamları hədəfləyir.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31