Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb
Avqustun 4-dən 11-dək Azərbaycanda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) praktiki sessiyası işə başlayıb.
Sessiyaya giriş üçün yarışma iştirakçılarına və komanda rəhbərlərinə elektron məktub göndərilib. Olimpiada iştirakçıları practice.ioi2019.az saytında praktiki tapşırıqları həll edərək təcrübə toplaya bilərlər. Praktiki sessiya avqustun 4-dək istifadəçilər üçün açıq olacaq.
Bununla yanaşı, qısa zamanda canlı reytinq cədvəli də təqdim olunacaq. Bu qiymətləndirmə sistemi “IOI 2019” zamanı istifadə ediləcək. Buna görə də bütün iştirakçılar mövcud praktiki məsələləri bu sistem vasitəsilə həll etməlidirlər.
Müsabiqə haqqında ətraflı məlumatı “IOI 2019”un rəsmi veb-saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan indiyədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
