Gənc müəllimlərin yay məktəbinə start verilib
İyulun 23-də Şəki şəhərində Azərbaycan gənc müəllimlərinin yay məktəbi layihəsinə start verilib. Yay məktəbi Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən təşkil olunub.
Yay məktəbinə 30-a yaxın müəllim qatılacaq. Onlara pedaqoji mövzular üzrə təlimlər keçiriləcək, həmçinin müəllimlər üçün komanda oyunları təşkil olunacaq. Yay məktəbi çərçivəsində Bakı və bölgələrdən olan gənc müəllimlər təcrübə mübadiləsi edəcəklər.
Dörd gün davam edəcək təlimlərin sonunda təlimçilərə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən sertifikatlar təqdim ediləcək.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının əsas məqsədi istedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq, daha məhsuldar və səmərəli işləməyə həvəsləndirməkdir.
Yay məktəbi iyulun 26-dək davam edəcək.
5 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31