Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 27-də Avropa İttifaqının maliyyə dəstəyilə Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib.
İclasda layihənin icrası haqqında üçüncü hesabat dinlənilib, ötən 6 ayda layihə üzrə həyata keçirilmiş işlər və növbəti 6 ay ərzində planlaşdırılmış tədbirlər müzakirə edilib.
İclas iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov Britaniya Şurası tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin məqsədləri barədə məlumat verib. Birgə əməkdaşlıq nəticəsində İsmayıllı rayonunda Turizm Peşə Təhsili Kompleksinin yaradılması istiqamətində görülən işlərdən söz açan nazir layihənin uğurla icra edilməsi üçün yaradılmış İdarəetmə Komitəsində Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İsmayıllı rayon İcra Hakimiyyəti, Avropa Komissiyasının Nümayəndəliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və İqtisadi İslahatlar Elmi Tədqiqat Mərkəzi nümayəndələrinin təmsil olunduğunu nəzərə çatdırıb.
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin əsas məqsədinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı olduğunu bildirən əməliyyatlar üzrə rəhbər Jan Lui Lavroff gələcəkdə digər layihələrin reallaşdırılmasının da nəzərdə tutulduğunu qeyd edib.
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası” layihəsinin rəhbəri Ann Castis layihə üzrə əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr barədə təqdimat-məruzə edib. Pilot məktəbin işçi heyətinə və rəhbərliyinə bilik və bacarıqların inkişaf üzrə müvafiq təlimlərin keçiləcəyini bildirən qonaq məktəbə Turizm İnstitutu və Mingəçevir Turizm Kollecindən kadrlar cəlb etməyin məqsədəuyğun olduğunu vurğulayıb.
Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov İsmayıllı Turizm Peşə Təhsili Kompleksinin tikintisinin başa çatmaq üzrə olduğunu və müvafiq avadanlıqların yaxın gələcəkdə tədris ocağına veriləcəyini bildirib. Şöbə müdiri qeyd edib ki, pilot məktəbdə müəllimlərin bilik və bacarıqlarının qiymətləndirməsi aparılıb və müvafiq hesabat hazırlanıb.
Azərbaycan texniki peşə təhsilinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edən bu pilot məktəbin fəaliyyətinin düzgün qurulmalmasının vacibliyini önə çəkən təhsil naziri işçilərin və müasir idarəetmə qabiliyyətinə malik rəhbərliyin seçiminin əhəmiyyətini qeyd edib. Texniki peşə təhsilinin inkişafı məsələlərinin Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olduğunu vurğulayan nazir son illər bu sahədə bir sıra uğurların qazanıldığını bildirib.
İclas iştirakçılarına öz təşəkkürünü bildirən Misir Mərdanov layihə üzrə hesabatın qəbul olunduğunu nəzərə çatdırıb və qarşılıqlı əməkdaşlığın gələcəkdə daha yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
