• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Media və təhsil dialoqu" təlimi öz işinə başlayıb

Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işinə başlayıb.

 

Təlimin ilk günü "Yeni tədris ilində nəzərdə tutulan fəaliyyətlər", "Tədrisdə məzmun yenilikləri", "Yeni tədris ilinə hazırlıq", "Təhsil nazirliyinin elektron xidmətləri", "Portal.edu.az", "STEAM layihəsi", "Rəqəmsal bacarıqlar yeni tədris ilində", "Müəllimlərin işə qəbulu müsabiqəsi" və "Bakı məktəblərinin yeni tədris ilinə hazırlığı"mövzularında təqdimatlar olacaq.

 

Təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.

 

Təlim işini davam etdirir.

 


2 il əvvəl