• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Uşaq-gənclər idman məktəblərinin yetirmələri uğurlu nəticələr əldə edib

11-19 sentyabr 2021-ci il tarixlərində Serbiyanın Belqrad şəhərində keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında cüdo və karate idman növləri üzrə yarışlar başa çatıb.

Həmin oyunlarda Azərbaycan yığma komandasının tərkibində ölkəmizi təmsil edən “Təhsil” Respublika İdman Mərkəzinin 10 nömrəli uşaq-gənclər idman məktəbinin cüdo idman növü üzrə idmançıları Həsən Qurbanlı 34 kq, Əhməd Rüstəmov 46 kq, Hüseyn Eyvazlı 66 kq çəki dərəcələrində III yerə layiq görülüb.

Karate idman növü üzrə yarışda “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli Ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələrindən Ramilə Heydərova, Orxan Musayev II yeri, “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli uşaq-gənclər idman məktəbinin idmançılarından Pərvin Hüseynzadə II yeri, Sunay Kazımlı, Cavidan Cəlilzadə III yeri tutub.


2 il əvvəl