• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı

Qobustan, Yevlax, Hacıqabul, Xaçmaz və Ağdamda məktəb açılışı

Sentyabrın 15-də Xaçmaz rayonu Qımılqışlaq kənd tam orta məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.


Açılış mərasimində təhsil nazirinin müşaviri Elnur Əliyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və rayon təhsil şöbəsinin nümayəndələri iştirak ediblər.


Bildirilib ki, əsaslı təmir olunmuş məktəb 480 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 60 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.


***

 
Sentyabrın 15-də Qobustan rayonu Sündü kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.


 Açılış mərasimində Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Qobustan rayon Təhsil Şöbəsinin müdiri Tahir Səbzalıyev və məktəb direktoru iştirak edib. 


Bildirilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir.  15 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 177 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 


***


Sentyabrın 15-də Ağdam rayonu Zəngişalı kənd tam orta məktəbinin bərpa-gücləndirmə və əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib.


 Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Ağdam Rayon Təhsil Şöbəsinin müdir əvəzi Bayram Məmmədov iştirak edib.

 

Bildirilib ki, sözügedən məktəb 640 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 168 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.


 2021-2022-ci tədris ilində təhsil müəssisəsində 314 şagird, məktəbəhazırlıq qrupunda isə 15 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 41 nəfər pedaqoji, 22 nəfər texniki işçi çalışır. Ağdam rayonunda 1 məktəb- lisey, 117 tam orta, 17 ümumi orta və 1 ibtidai olmaqla, ümumilikdə 135 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 
***


Sentyabrın 15-də Yevlax rayonu Qoyunbinəsi kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.


Açılış mərasimində Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, Yevlax rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasova, məktəb direktoru iştirak edib.


Bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir.  17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 214 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

 
***

 

Sentyabrın 15-də Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəbin əsaslı təmir işlərindən sonra açılış mərasimi keçirilib.


Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Firidun Həmzəyev, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının müavini Xuraman Məmmədova, Hacıqabul rayon Təhsil Şöbəsinin müdiri Bəxtiyar Ələkbərov iştirak edib. 

Bildirilib ki, məktəb 864 şagird yerlikdir. 35 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 120 yerlik akt zalı, 2 idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.


2021-2022-ci tədris ilində təhsil müəssisəsində 585 şagird, məktəbəhazırlıq qrupunda isə 47 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Yeni dərs ilində məktəbdə peşə təmayüllü X sinfin yaradılması nəzərdə tutulub. Təhsil müəssisəsində 42 nəfər pedaqoji, 13 nəfər texniki işçi çalışır. Hacıqabul rayonunda 30 tam orta, 3 ümumi orta olmaqla, ümumilikdə 33 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.


15.09.2021 - 19:15