“İT sənayesinin tendensiyaları və təhsilə təsiri”
Təhsil Nazirliyində “İT sənayesinin tendensiyaları: təhsilə təsiri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, bu universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin nümayəndələri və məktəb direktorları iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva müasir təhsil sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi və bu texnologiyalardan istifadənin dünya standartları səviyyəsinə çatdırılmasının əhəmiyyətindən danışıb. Nazir müavini bildirib ki, tədbirin keçirilməsində məqsəd ölkəmizdə yaradılan müasir təhsil sistemini beynəlxalq təcrübədəki təhsil örnəkləri ilə müqayisəli şəkildə təhlil etmək və təhsilin modernləşdirilməsində vacib rol oynayan tərəflərlə fikir mübadiləsi aparmaqdır.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov təqdimatla çıxış edərək İKT sənayesində baş verən və proqnozlaşdırılan 10 əsas texnoloji tendensiyalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, proqnozlara əsasən 2022-2024-cü illərə qədər rəqəmsal iqtisadiyyata keçid, süni intellektin tətbiqi, böyük verilənlərin təhlili, əşyaların interneti və üçüncü platforma texnologiyalarına sərmayələr, blokçeyn texnologiyasının tətbiqinin genişlənməsi, bulud texnologiyalarının inkişafı və yeni nəsil proqramçılara ehtiyacın artması fonunda təhsilin məzmunu, təchizatı və idarəolunması transformasiyaya uğramalı, təhsil sisteminin modernləşdirilməsi üçün tədris fərdiləşməyə uyğun istiqamətləndirilməlidir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təhsil pillələri və ixtisasartırmada müasir texnologiyaların tətbiqi vəziyyəti və perspektivlər müzakirə edilib.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
