Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

10 azərbaycanlı Latviyada təhsil təqaüd proqramı qazanıb

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2021-2022-ci tədris ili üzrə 10 nəfər azərbaycanlı Latviyanın təqaüdünə layiq görülüb. Latviya hökumətinin bu təqaüdünü qazanan 27 ölkə üzrə Azərbaycan ilk beşlikdədir:

 

S/s

Ən çox təqaüd qazanan ölkələrin sıyahısı Müxtəlif təhsil səviyyələri üzrə təqaüdçülərin sayı
1. Ukrayna 19
2. Almaniya 11
3. Finlandiya 10
4. Azərbaycan 10
5. İtaliya 9
6. İsveç 8
7. Özbəkistan 8
8. İsrail 7
9. Qazaxıstan 7
10. Norveç 5
11. Türkiyə 5

 

 

Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Latviyanın “Riga Technical University”, “University of Latvia” və “Rīga Stradiņš University” ali təhsil müəssisələrində müxtəlif ixtisaslar və təhsil səviyyələri  üzrə təhsilini davam etdirmək hüququ qazanıb.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 4 fevral 2021-ci il tarixində elan verilib.


4 il əvvəl