Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin yaranmasının 50 illik yubileyi qeyd olunub.
Yubiley mərasimindən əvvəl ali təhsil ocağının kollektivi, dəvət olunmuş qonaqlar Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən yubiley tədbirində təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Türkiyə Respublikasının Yüksək Öyrətim Kurumunun məsul şəxsləri, Hacəttəpə Universitetinin əməkdaşları, millət vəkilləri, ölkəmizin tanınmış alim və pedaqoqları, bir sıra dövlət və qeyri-dövlət ali məktəblərinin rəhbərləri, universitetin müəllim və tələbələri iştirak ediblər.
Mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov açaraq iştirak edən qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməyindən məmnunluq hissi keçirdiyini bildirib. Rektor ölkəmizdə yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 ilə yaxın şərəfli inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil sahəsindəki xidmətlərindən danışıb. Ali təhsil ocağında fəaliyyət göstərən fakültələr arasında pedaqoji fakültənin xüsusi yeri və rolu olduğunu qeyd edən Y.Məmmədov 1958-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası adı ilə yaradılmış bu fakültənin 50 il ərzində 15 minə yaxın məzunu olduğunu diqqətə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, tətbiq edilən yeniliklərdən, universitetin beynəlxalq əlaqələrindən ətraflı söz açıb.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ölkə təhsilinin, elminin uğurlu inkişafından danışaraq, ümummilli liderimiz Heydər Əliyevin hər zaman müəllimlik sənətinə yüksək dəyər verdiyini, onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də Azərbaycan təhsilinə, elminə diqqət və qayğı ilə yanaşıldığını xüsusi vurğulayıb. Müəllimin təhsildə əsas sima, ən nüfuzlu şəxs olduğunu deyən təhsil naziri onların hər zaman cəmiyyət tərəfindən hörmətlə qarşılandığını qeyd edib.
Nazir yubileyi qeyd olunan pedaqoji fakültənin səmərəli fəaliyyətini müsbət qiymətləndirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin bir qrup əməkdaşına yüksəkixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və fakültənin 50 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını və Fəxri fərmanlar təqdim edib. Misir Mərdanov çıxışının sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyini, pedaqoji fakültənin müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Yubiley mərasimində pedaqoji fakültənin dekanı Fərrux Rüstəmov “Şərəfli 50 il” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə pedaqoji fakültənin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açılıb.
Çıxış edənlərdən Türkiyə Respublikası Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı Buket Akkoyunlu, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva 50 il şərəfli ömür yolu keçmiş pedaqoji fakültənin kollektivini təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Yubiley tədbiri ali təhsil ocağının pedaqoji fakültəsinin tələbələrinin hazırladıqları musiqili kompozisiya ilə davam edib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
