Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil avtobusu Qarabağ bölgəsindən olan şagirdlər üçün yola düşür

“Təhsil avtobusu – Qayıdış” layihəsi çərçivəsində işğaldan azad olunan bölgələrdən olan şagirdlərin yaşadığı rayonlara səfər planlaşdırılır. 
 

Artıq 5 ildir ki Təhsil Nazirliyinin təşkilatçısı, dövlət və özəl müəssisələrin korporativ sosial məsuliyyət çərçivəsində dəstəkçi və tərəfdaşı olduğu “Təhsil avtobusu” layihəsi bu il Bakı - Sumqayıt - Ağcabədi - Bərdə - Gəncə - Oğuz - Bakı marşrutu üzrə səyahət edəcək. 
 

7-14 sentyabr tarixlərində icra ediləcək “Təhsil avtobusu – Qayıdış” layihəsi bu bölgələrdə yerləşən, göstəriciləri zəif və orta olan məktəblərin şagirdlərini əhatə edəcək. 6 bölgənin hər birində 32 nəfər olmaqla ümumilikdə, 192 şagird layihədə iştirak edəcək.
 

Qeyd edək ki, Qarabağa qayıdışa həsr olunan layihənin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, təhsilə marağın artmasına şərait yaratmaq və qayıdış prosesinə şagirdlərin adaptasiyasına şərait yaratmaqdır.
 

Layihə çərçivəsində Qarabağ mövzuları əsasında interaktiv dərslər, fərdi inkişaf təlimləri və intellektual yarışlar keçiriləcək. 


4 il əvvəl