Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Müəllimlərin işə qəbulu üzrə müsahibələr izlənilib

Avqustun 25-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

 

Mediatur Təhsil Nazirliyinin əməkdaşları, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçilərinin iştirakı ilə baş tutub.

 

Mediatur iştirakçılarına bildirilib ki, avqustun 18-dən başlanan müsahibə mərhələsində müsabiqənin test imtahanında 30 və daha yüksək bal toplamış namizədlər iştirak edir. Müsahibələr mərkəzləşdirilmiş formada yalnız Bakıda təşkil olunub və avqustun 26-dək davam edəcək. Müsahibə mərhələsinə fənlər üzrə ümumilikdə 4 973 namizəd dəvət olunub.

 

Qeyd edilib ki, 23 müsahibə komissiyası tərəfindən namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq proqrama uyğun olaraq komissiya tərəfindən yoxlanılır. Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Bu günədək müsahibə mərhələsində 3 mindən çox namizəd iştirak edib.

 

Mediatur zamanı iştirakçıları maraqlandıran digər suallar da cavablandırılıb.


4 il əvvəl