Uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələrinin beynəlxalq uğurları
16-22 avqust 2021-ci il tarixlərində Rusiyanın Ufa şəhərində gənclər arasında sərbəst güləş üzrə kişilər üçün keçirilən Dünya birinciliyində “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Turan Bayramov Azərbaycan milli yığma komandasının tərkibində 74 kq çəki dərəcəsində, qadınlar arasında isə eyni idman növü üzrə Abşeron rayon ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin güləşçiləri Jalə Əliyeva və Birgül Soltanova bürünc medala layiq görülüb.
16-20 avqust 2021-ci il tarixlərində Beynəlxalq Şahmat Federasiyası tərəfindən təşkil olunan şahmat üzrə 18 yaşadək yeniyetmə və gənclər arasında RAPID üzrə onlayn Dünya Kubokunda “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin yetirməsi Aydın Süleymanlı 18 yaşadək oğlanlar arasında 8.5 xal ilə, həmçinin Mərkəzin 4 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin şahmatçısı Əhməd Xaqan 10 yaşadək oğlanlar arasında birinci yeri tutub.
Qalib şahmatçılar 26-31 avqust tarixlərində keçiriləcək super final mərhələsinə vəsiqə əldə edib.
20-22 avqust 2021-ci il tarixlərində Finlandiyanın Tempere şəhərində yeniyetmə və gənclər arasında karate üzrə keçirilən Avropa Çempionatında “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin yetirmələri Azərbaycan milli yığma komandasının tərkibində ölkəmizi layiqincə təmsil edib. Belə ki, Rumil Cəfərli 16-17 yaşlılar arasında 76 kq çəki dərəcəsində gümüş medal, Hüseyn Məmmədli 18-21 yaşlı idmançılar arasında 67 kq çəki dərəcəsində bürünc medal qazanıb.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
