HTP məzunundan təlim proqramı
“Hökumətlərarası Təqaüd Proqramları“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə təlimlər davam edir.
26 avqust 2021-ci il saat 17:00 tarixində keçiriləcək növbəti təlim “Regionların inkişafında universitet və şirkətlər arasında əlaqənin yaradılması” mövzusuna həsr edilib.
Təlimçi HTP proqramı çərçivəsində Macarıstanda biznesin inkişafı ixtisası üzrə magistratura təhsili almış Fərid Mirzəxanovdur.
Təlimdə iştirak etmək üçün müvafiq link https://forms.gle/nnff8gbSPdGo7eqn8 vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Qeyd edək ki, onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
