Məktəblər arasında respublika çempionatının final mərhələsi
Mayın 23-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, şahmat idman növü üzrə yarışların final mərhələsinə start verilib. Beş gün davam edəcək oyunlarda zona yarışlarında I və II yeri tutan komandalar mübarizə aparacaq.
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçiriləcək yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimayyətinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.
2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
