“Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Sənətin varsa, Sənədin olacaq” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.
Təltifetmə mərasimində Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun rəhbər heyəti, Agentliklə qarşılıqlı əməkdaşlıq edən bir sıra müəssisə rəhbərləri və sahibkarlar, o cümlədən imtahan prosesinə cəlb olunan ekspertlər və ərizəçilər iştirak edib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Giriş nitqi ilə çıxış edən TKTA-nın İdarə Heyətinin sədri Eldar Orucov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yeni təhsil sistemində peşə təhsilinin inkişaf etdirilməsini prioritet istiqamət kimi müəyyən etməsini xüsusi vurğulayıb və TKTA-nın qeyri-formal və informal təhsilin qiymətləndirilməsi, tanınması sahəsində cari il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə həmçinin Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli də çıxış edərək formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini, gələcəkdə də bu sahə istiqamətində hər iki qurumun qarşılıqlı fəaliyyət göstərəcəklərini qeyd edib.
Daha sonra qeyri-formal və informal təhsilin tanıdılması məqsədilə hazırlanmış xüsusi videoçarx tədbir iştirakçılarına təqdim edilib.
Mərasimdə “Plastik boru qaynaqçısı”, ”Qənnadçı-şirniyyatçı” və “Mobil telefonların təmiri ustası” ixtisasları üzrə 11 ərizəçiyə diplom, 13 nəfər ərizəçiyə isə müxtəlif modullar üzrə sertifikatlar təqdim edilib.
Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması istiqamətində TKTA ilə əməkdaşlıq edən müəssisə rəhbərləri və sahibkarlara təşəkkürnamələr təqdim olunub, tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31