Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 21-də İ.Əfəndiyev adına Elitar Gimnaziyada Türkiyənin ən gənc ali məktəblərindən olan Okan Universitetinin tanıtma mərasimi keçirilib.
Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə təhsil naziri Misir Mərdanov, səfir Hulusi Kılıç, sözügedən universitetin ölkəmizdəki nümayəndə heyəti, Təhsil Nazirliyinin tabeliyindəki lisey və gimnaziyaların direktorları, müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri təhsil naziri Misir Mərdanov açaraq qardaş ölkə təmsilçilərini və mərasimin digər iştirakçılarını salamlayıb. Nazir Türkiyədə 7 il öncə qurulmuş Okan Universitetinin rektoru və onun rəhbərlik etdiyi çoxsaylı nümayəndə heyətinin ölkəmizdə səfərdə olduğunu qeyd edib. Səfərin əsas məqsədinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da möhkəmlətmək, Okan Universitetini Azərbaycanda tanıtmaq olduğunu vurğulayan Misir Mərdanov əlavə edib ki, qonaqlar ölkəmizdə olduqları iki gün ərzində Bakı şəhərinin bir neçə məktəbi ilə yaxından tanış olub və gördüklərindən razı qalıblar.
Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən söz açan nazir iki ölkənin təhsil sahəsində əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etdiyini, hazırda Türkiyə universitetlərində ölkəmizdən 5 minədək gəncin təhsil aldığını diqqətə çatdırıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç tədbirin təşkilindəki dəstəyinə görə təhsil naziri Misir Mərdanova minnətdarlıq edib. Səfir müasir dünyada təhsilin rolunun getdikcə artdığını qeyd edib, hər iki ölkədə bu sahənin inkişafına böyük önəm verildiyini bildirib.
Sonra tədbirdə çıxış edən Okan Universitetinin rektoru Sadık Kırbaş rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə səmimi qarşılandığına görə məmnunluq duyduğunu ifadə edib. Ölkəmizə ikinci dəfə səfər etdiyi qeyd edən rektor rəhbəri olduğu universitet haqqında məlumat verərək bildirib ki, burada 5 fakültədə müxtəlif ixtisaslar üzrə türk və ingilis dillərində yüksək səviyyədə təhsil verilir. Rektor, həmçinin, 2009-2010-cu tədris ilində Okan Universitetində 5 mindən artıq tələbənin təhsil aldığını nəzərə çatdırıb.
Tədbirdə İstanbul və Okan Universiteti haqqında qısametrajlı filmlər nümayiş olunub. Daha sonra Okan Universitetinin ədəbiyyat fakültəsinin dekan yardımçısı Hülya Arslan bu ali təhsil ocağı barədə geniş təqdimatla çıxış edib.
Sonda təhsil naziri Misir Mərdanov, Okan Universitetinin rektoru Sadık Kırbaş şagirdlərin çoxsaylı suallarını cavablandırıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
