“Həq mənəm, həq məndədir, həq söylərəm”
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Həq mənəm, həq məndədir, həq söylərəm” devizi altında bədii qiraət üzrə baxış müsabiqəsi keçirilib.
Məktəblilər arasında keçirilən müsabiqə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
Müsabiqənin təşkil edilməsində əsas məqsəd gənc nəsli Nəsiminin əsərləri ilə tanış etmək, onların bədii yaradıcılıq bacarıqlarını üzə çıxarmaq və bu yöndə istiqamətləndirməkdən ibarətdir.
Tədbirə qatılan məktəblilər şairin qəzəllərindən nümunələr ifa ediblər. Məktəblilərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Tədbirdə elm və incəsənət xadimləri, həmçinin tanınmış media nümayəndələri iştirak ediblər.
Sonda qalib qiraətçilər diplomlarla təltif olunublar.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
