“İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib
Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə ölkənin müxtəlif ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri ilə “İbtidai təhsil - inkişaf perspektivləri” mövzusunda "dəyirmi masa" keçirilib.
“Dəyirmi masa”nın keçirilməsində məqsəd ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə bir sıra məsələlərlə bağlı təhsilverənlərin təkliflərini dinləmək, yeniliklərə dair müzakirələr aparmaq olub. Tədbirdə ümumi təhsil müəssisələrində təlim, öyrədici mühit, qiymətləndirmə praktikası və mövcud problemlər, diferensiasiya, müəllim əməkdaşlığının öyrətməyə təsiri, eləcə də dərsliklərə dair məsləhətləşmələr aparılıb.
Təhsil Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə keçirilmiş müzakirələrdə dövlət və özəl ümumi təhsil müəssisələrinin təcrübəsi, paytaxt və bölgə müəllimlərinin mövcud öyrətmə problemləri də nəzərdən keçirilib.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
