Təhsil nazirinin videoqəbulu keçirilib
İyulun 23-də təhsil naziri Emin Əmrullayev Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon sakinlərini videobağlantı vasitəsilə qəbul edib. Qəbulda həmin bölgələrdə müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Təhsil naziri vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Videoqəbulda vətəndaşlar müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qeyd edək ki, videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət imkanlarını müasir texnologiyalardan istifadə etməklə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanının yaradılmasıdır.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
