Müsahibə mərhələsində uğur qazanan namizədlərlə adaptasiya proqramına başlanılıb
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ilkin mərhələsində 132 namizəd iştirak edib. Onlardan 30 namizəd müsahibə komissiyasının rəyinə əsasən uğur qazanıb.
İyul ayının 23-dən etibarən həmin namizədlərlə adaptasiya proqramına start verilib və Bakı şəhər 18 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüşdə müsahibə mərhələsinin nəticələri, namizədlərdən gözləntilər və adaptasiya proqramının məqsədi barədə müzakirələr aparılıb.
İyulun 24-dən etibarən “Məktəb idarəçiliyinin ümumi əsasları”, “Təhsilin keyfiyyətinin artırılması və məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Məktəbdaxili monitorinq sistemi”, “Şagird nailiyyətlərinin qiymətləndirilməsi”, “Məktəbdə maliyyə məsələləri, əmək haqqı və tarifikasiya cədvəllərinin hazırlanması” və s. mövzularda təlimlər keçiriləcək.
Adaptasiya proqramı başa çatdıqdan sonra namizədlərlə növbəti tədris ilindən müddətli əmək müqaviləsi bağlanılacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31