"Şahin" hərbi-idman oyununun final yarışı
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində respublika üzrə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında təşkil olunmuş “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.
Final yarışının iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi-fiziki hazırlığının yüksəldilməsində, məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Gənclər və idman nazirinin müavini İntiqam Babayev və digər rəsmilər “Şahin” hərbi-idman oyununun məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rolunu qeyd ediblər.
Oyunun əsasnaməsinə uyğun olaraq yarış 8 mərhələ üzrə keçirilib və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitlərindən ibarət Hakimlər Heyəti tərəfindən komandaların nəticələri qiymətləndirilib.
Yarışın nəticələrinə əsasən Binəqədi rayon komandası I yerə, Sumqayıt şəhər komandası II yerə, Naxçıvan şəhər komandası isə III yerə layiq görülüb. Yarışda ayrı-ayrı mərhələlər üzrə fərqlənən komandalar və komanda üzvləri təşkilatçılar tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Yarışlar Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təşkil edilir.
7 il əvvəl
Digər xəbərlər
-
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40
