Beynəlxalq biologiya olimpiadasından 4 medal
18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası ( IBO2021) təşkil edilib.
76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Muradlı qızıl, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Aytac Vəliyeva bürünc medala layiq görülüb.
Qalib olan şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir.
Məktəblilərimizi bu uğur münasibətilə təbrik edir və daha böyük nailiyyətlər arzulayırıq.
3 il əvvəl
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31