“Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi”
Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “Space” Müstəqil Teleradio Şirkətinin prezidenti Vaqif Mustafayev, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin gənclərə diqqət və qayğısından söhbət açılıb, dövlət-gənclər siyasətinin uğurla həyata keçirilməsindən bəhs olunub.
Sonda kinorejissor Vaqif Mustafayevin ulu öndər Heydər Əliyevə həsr olunan “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş etdirilib.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
