Beynəlxalq Riyaziyyat Olimpiadasından qazanılan uğur
14-24 iyul 2021-ci il tarixlərində Sankt-Peterburqda 62-ci Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO) keçirilib. Olimpiadada 107 ölkədən 619 şagird iştirak edib.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc medal və 3 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdləri Amin Cəfərzadə və Toğrul Abbasov bürünc medala, həmin liseyin IX şagirdi Fidan Qarayeva, Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Elçin Musazadə və Bakı şəhəri 72 nömrəli tam orta məktəbin X sinif şagirdi Cavad İsmayılzadə isə “Həvəsləndirici mükafat”a layiq görülüblər.
Məktəblilərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq.
4 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
