Magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat davam edir
Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyat prosesi davam edir. Qeydiyyat prosesi iyulun 22-dək davam edəcək.
Müraciət üçün https://portal.edu.az/ portalında qeydiyyatdan keçdikdən və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim olunması və təhsil haqqının icrası mümkündür. Qeydiyyat prosesi ilə bağlı daha ətraflı məlumat aşağıdakı təlimatda təqdim edilir. Bununla yanaşı, qeydiyyatla bağlı suallar yaranarsa, portalda “Vətəndaş müraciətləri” bölməsinə və ya 146 qaynar xətt nömrəsinə müraciət etmək mümkündür.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən sürətli qeydiyyat, təhsil haqqının onlayn ödənilməsi, sosial güzəşt üçün müraciət, eləcə də digər imkanlardan daha çevik və rahat faydalana biləcəklər.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə e-müraciət sistemi təlimatı
5 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05 -
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
21.10.2026 - 11:47 -
Nazir müavini Həsən Həsənli “AI Academy”nin ilk məzunlarının təltif olunduğu tədbirdə iştirak edib
20.10.2026 - 20:16 -
Süni intellekt və kibertəhlükəsizlik sahəsində inkişafın sürətləndirilməsi üzrə qrant müsabiqəsi elan edilir
20.10.2026 - 12:37
