Şahmat məktəbinin yeni binası istifadəyə verilib
İyunun 24-də Respublika şahmat məktəbinin yeni binasının açılışı və məktəbli şahmatçılar arasında 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunan turnirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, Qarabağ qaziləri, tanınmış şahmatçılar iştirak ediblər.
İlk olaraq təhsil naziri Emin Əmrullayev qonaqlarla birgə məktəbdə yaradılmış şəraitlə tanış olub.
Bildirilib ki, məktəbin binası 27 məşğələ, 2 kompüter və 4 müəllim otağı, 1 akt zalı, 1 idman zalı, 1 yarış zalından ibarətdir. Yeni istifadəyə verilmiş binada şahmat idman növü üzrə respublika və beynəlxalq səviyyəli yarışların keçirilməsi nəzərdə tutulur.
Daha sonra Silahlı Qüvvələr Gününün qeyd edilməsi ilə əlaqədar məktəbli şahmatçılar arasında keçirilən turnirin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.
Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbirdə iştirak edən Qarabağ qazilərini təbrik edib, 44 günlük Vətən müharibəsinin Zəfərlə nəticələnməsində ordumuzun roluna diqqət çəkib. Təhsil naziri çıxışında son dövrlərdə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açıb, şahmat idman növünün məktəblilərdə intellektin inkişaf etdirilməsi ilə yanaşı qətiyyətliliyin formalaşmasında əhəmiyyətindən danışıb, qalibləri təbrik edib.
Daha sonra çıxış edənlər yeni istifadəyə verilən binada yaradılan şəraitdən, bu kimi tədbirlərin istedadlı şahmatçıların üzə çıxarılması və inkişaf etdirilməsində müsbət təsirindən, məktəblilərin sağlam həyat tərzinə istiqamətləndirilməsinin, idmana cəlb olunmalarının vacibliyindən danışıb, qalib şahmatçılara uğurlar arzulayıblar.
Çıxışlardan sonra dörd nominasiya üzrə turnirin qalibləri təltif olunub, onlara diplom və medallar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.
3 il əvvəl
Digər xəbərlər
-
Apellyasiya Şurasının növbəti iclası keçirilib
24.12.2024 - 17:00 -
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02