Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı məlumat
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Prosesə cəlb ediləcək pedaqoji heyət əvvəlcədən bu barədə məlumatlandırılacaq.
Sertifikatlaşdırma ilə bağlı proqramın hazırlanması nəzərdə tutulur. Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin cari təqvim ilinin sonunda həyata keçirilməsi planlaşdırılır. Hazırda isə sertifikatlaşdırma prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçirilir.
Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçiriləcək.
Qeyd edək ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər), ilk dəfə işə qəbul olunanlar (5 il müddətində), azı 3 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlar aşağıdakı infoqrafikalarda təqdim olunub.
5 il əvvəl
Digər xəbərlər
-
Bakının Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçası istifadəyə verilib
26.08.2026 - 17:32 -
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır
26.08.2026 - 14:51 -
Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb
25.08.2026 - 17:23 -
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
17.08.2026 - 17:05 -
Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb
17.08.2026 - 16:32
