Bakı və Gəncədə "Kod saatı"nın birinci mərhələsi keçiriləcək
Martın 16-da "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçiriləcək.
"Kod saatı" təşəbbüsünün birinci mərhələsi paytaxtın bütün inzibatı rayonları əhatə edilməklə Bakının 12 məktəbində, həmçinin Gəncə şəhər M.Mehdizadə adına 4 saylı tam orta məktəbində baş tutacaq.
Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 8-14 yaşlı məktəblilər iştirak edə bilərlər.
"Kod saatı" çərçivəsində iştirakçılar bir saat müddətində, oyun formatında, "Scratch" mühitində məsələləri həll etmək imkanı əldə edəcəklər. "Scratch" – uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitidir. “Kod saatı”na qatılmaq istəyən iştirakçıların sayına məhdudiyyət qoyulmur, ilkin qeydiyyat tələb olunmur. Proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaq və hər kəsin onun əsaslarını öyrənməsinin mümkünlüyünü göstərmək məqsədilə valideynlərin tədbirdə iştirakı təşviq olunur.
Qeyd edək ki, "Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı" dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə və şagirdi əhatə edir.
7 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
