• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

9 May - faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirlər

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 9 May - faşizm üzərində Qələbə Günü ilə əlaqədar cari ilin aprel-may aylarında "Bizim qəhrəmanlar" adı altında silsilə tədbirlər keçirilib.

 

COVİD-19 pandemiyası ilə əlaqədar onlayn formada keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət olub.

 

Tədbirlər çərçivəsində Mərkəzin dərnək üzvlərinin ifasında şeir nümunələrindən ibarət videoçarxlar hazırlanıb, gənc rəssamlar arasında 9 May  Faşizm üzərində Qələbə Gününə həsr olunmuş onlayn rəsm müsabiqəsi keçirilib, rəsm əsərlərindən ibarət virtual sərgi təşkil olunub.

 

 Mərkəzin yetirmələri tərəfindən İkinci dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov və digər qəhrəmanlara həsr olunmuş videoçarxlar hazırlanıb.

 

Qeyd edək ki, hazırlanan videoçarxlar 9 may 2021-ci il tarixdə sosial şəbəkələrdə nümayiş olunacaqdır.


08.05.2021 - 15:40