• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

MenyuMenyu

Sual-cavab

12 məktəbimiz Beynəlxalq “eTwinning məktəbi” mükafatına layiq görülüb

“eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkədə təhsil sahəsində müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması hazırda prioritet istiqamətlərdən biridir. Bu sahədə son illər ərzində görülən işlər barədə məlumat verən nazir müavini “eTwinning Plus” layihəsinin xüsusi rol oynadığını qeyd edib. Bildirilib ki, layihə çərçivəsində azərbaycanlı müəllim və şagirdlər Avropadan olan iştirakçılar ilə təcrübə və fikir mübadiləsi aparmaq, ortaq dərslər keçmək, təhsilin inkişafı yönümündə müxtəlif layihələr icra etmək imkanı əldə edirlər. Həmçinin, layihə iştirakçıları XXI əsr bacarıqlarının artırılması istiqamətində davamlı olaraq keçirilən beynəlxalq səviyyəli təlim, vebinar və müsabiqələrdə iştirak edirlər.

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “eTwinning” layihəsinin Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan 2013-cü ildə bu layihəyə qoşulub. Layihənin uğurlu nəticələrini qeyd edən idarə rəisi əlavə edib ki, layihə üzrə Azərbaycandan indiyədək 2748 müəllimin iştirakı ilə 3160 təhsil layihəsi həyata keçirilib, Azərbaycan 2018-2019-cu tədris ilində, həmçinin cari tədris ilində “eTwinning məktəbi” mükafatı almış məktəblərin sayına görə 41 ölkə arasında 5-ci yer tutub, 2020-ci ildə ölkə üzrə 161 layihə Avropa keyfiyyət nişanına layiq görülüb.

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva ölkə üzrə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisdə müasir yanaşmaların tətbiqi və fənlərin inteqrativ tədrisi baxımından layihənin əhəmiyyətini vurğulayıb.

 

Daha sonra Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova layihə çərçivəsində keçirilən “eTwinning Məktəbi” müsabiqəsi barədə məlumat verib. Qeyd olunub ki, hər il “eTwinning Plus” layihəsinin Avropa mərkəzi tərəfindən layihəyə qoşulmuş bütün ölkələrin məktəbləri arasında “eTwinning Məktəbi” müsabiqəsi keçirilir. Cari tədris ilində müsabiqəyə 41 ölkədən 188 280 məktəb qoşulub. Müsabiqədə iştirak edən məktəblər tədris prosesində rəqəmsal texnologiyadan effektiv istifadənin və informasiya təhlükəsizliyinin təmin edilməsi, yenilikçi və yaradıcı yanaşmanın olması, müəllimlərin davamlı peşəkar inkişafı və digər meyarlar üzrə qiymətləndirilib.

 

Bildirilib ki, qiymətləndirmənin nəticəsi olaraq, bütün Avropa üzrə 2 935 məktəb “eTwinning school” adına layiq görülüb və bunlardan 12-i Azərbaycan məktəbidir. Beynəlxalq mükafata layiq görülən məktəblər Bakı, Sumqayıt, Gəncə şəhərləri və İsmayıllı rayonunda yerləşir.

 

Sonda müsabiqədə qalib olmuş məktəb direktorlarına və müəllim heyətinə sertifikatlar təqdim olunub. Eyni zamanda, müsabiqə qaliblərinə cari ildə onlayn peşəkar inkişaf proqramlarında və təlimlərdə ödənişsiz iştirak hüququ verilib.


03.05.2021 - 15:43