Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edir
7 il əvvəl
Təhsil naziri Ceyhun Bayramov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini, həmçinin həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edir.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.
Təhsil naziri qəbuldan sonra Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın yeni təmir olunmuş binasında təlim-tərbiyə üçün yaradılan şəraitlə tanış olacaq və burada rayonun məktəb direktorları ilə görüşəcək.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50
