Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 7-də Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-EUROASİA) iştirakçıları ilə görüş keçirilib.
Təhsil naziri Misir Mərdanov iştirakçıları səmimi salamlayıb və onlara bu olimpiadada uğur qazanmağı arzulayıb. Nazir bildirib ki, Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təşkilatçılığı ilə həyata keçirilir. Nazir ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan bu ənənəvi olimpiadada iştirakçıların sayının ildən-ilə artdığını, bu il 33 ölkədən 300-dək iştirakçının yarışacağını qeyd edib.
Misir Mərdanov bildirib ki, 2010-cu il ölkə prezidenti cənab İlham Əliyev tərəfindən “Ekologiya ili” elan olunub. Məhz bu baxımdan olimpiadanın mühüm əhəmiyyət daşıdığını nəzərə çatdıran nazir bu işin təşkilində əməyi olan şəxslərə təşəkkürünü bildirib. Nazir olimpiada iştirakçılarına Azərbaycanın tarixi, milli mədəniyyəti və təhsil sahəsi ilə tanış olmağı tövsiyə edib.
Görüşdə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin İdarə Heyətinin sədri Ənvər Özərən Ətraf Mühitin Mühafizəsi IV Beynəlxalq Layihə Olimpiadasına dair fikirlərini bildirib.
Sonda Gürcüstan, Malayziya və Türkiyədən olan iştirakçılar bu görüşdən məmnun olduqlarını vurğulayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
