Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Aprelin 6-da Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Ümumrespublika müsabiqəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Təhsil Nazirliyi nəzdindəki Təhsil sisteminin informasiyalaşdırılması idarəsində keçirilən mətbuat konfransında idarənin rəisi Samir Məmmədov qeyd edib ki, 2010-cu il Təhsil Nazirliyi tərəfindən “Təhsildə İKT ili” elan olunub və bu müsabiqə nəzərdə tutulmuş fəaliyyətlərdən biridir. Onun sözlərinə görə, müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və “Microsoft Azərbaycan”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, HP, Mədəd təşkilatları tərəfindən dəstəklənir.
Təşkilat Komitəsinin üzvü, Azərbaycan İnternet forumunun rəhbəri Osman Gündüz müsabiqənin rəsmi veb-saytının təqdimatını keçirib. O.Gündüz qeyd edib ki, müsabiqəyə dair məlumatlar www.musabiqe.edu.az rəsmi internet səhifəsində yerləşdirilib.
Tədbirdə qeyd olunub ki, müsabiqə “Təhsildə internet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil edilib. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni daha da inkişaf etdirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından səmərəli istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir. Müvafiq istiqamətlərə əsasən müəyyən edilən 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuk, netbuk və digər mükafatlar təqdim olunacaq.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
