Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Aprelin 2-də Təhsil Nazirliyində “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusuna həsr edilmiş kollegiya iclası keçirilib.

Kollegiyada təhsil naziri Misir Mərdanov çıxış edərək ölkə Prezidentinin sərəncamlarına əsasən ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən mühüm işlərdən danışıb və bu sahənin dövlət başçısının həmişə diqqət mərkəzində olduğunu vurğulayıb. Əcnəbi vətəndaşların ölkəmizin ali məktəblərində təhsilindən söz açan nazir bildirib ki, hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-yə yaxın ölkədən əcnəbi tələbə təhsil alır.
Sonra təhsil nazirinin müavini Elmar Qasımov “Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda təqdimatla çıxış edib. Nazir müavini təqdimatda əcnəbi vətəndaşların ölkəmizin ali təhsil müəssisələrində təhsili, onların sayının ildən-ilə artması,  bir neçə ali məktəbdə əcnəbi vətəndaşları ali təhsilə hazırlayan mövcud strukturlar, ən çox əcnəbi tələbə qəbul edən universitetlər barədə məlumat verib. Nazir müavini bildirib ki, hazırda ölkəmizin ali məktəblərində 6813 əcnəbi tələbə müxtəlif ixtisaslar – mühəndislik, humanitar, mədəniyyət və incəsənət, tibb, iqtisadiyyat, idarəetmə və s. sahələrdə təhsil alır. E.Qasımov bu sahə üzrə ötən illərdə olan vəziyyət, əcnəbi vətəndaşların son 3 tədris ilində qəbul dinamikası, habelə, digər bu kimi məsələlər haqqında ətraflı danışıb, səmərəli təkliflər irəli sürüb.
 Kollegiya iclasında çıxış edən ali məktəb rektorlarından Abel Məhərrəmov, Əhliman Əmiraslanov, Səməd Seyidov, Şəmsəddin Hacıyev və Gülçöhrə Məmmədova müzakirə olunan məsələnin aktuallığını qeyd edib, rəhbərlik etdikləri təhsil müəssisəsində bu sahədəki vəziyyət və mövcud problemlərdən danışıblar.


10 il əvvəl