Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Martın 29-da Təhsil Nazirliyində müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov qarşıda duran bir sıra məsələlərə toxunub. Öncə Misir Mərdanov Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt” xidmətinin fəaliyyətinin daha da gücləndirilməsindən, aparılan işlərin səmərəliyinin təmin olunmasından söz açıb, xidmətin işinin təkmilləşdirilməsi üçün vacib olan məqamlara toxunub.
Sonra nazir yaxın günlərdə keçirilməsi nəzərdə tutulan kollegiya iclaslarına hazırlıq işlərinin təşkili vəziyyəti ilə maraqlanıb. Qeyd olunub ki, həmin tədbirlərdə əcnəbi tələbələrin Azərbaycanda təhsili, ölkə üzrə metodik xidmətə dair mövcud vəziyyət və onun yaxşılaşdırılması, IX-XI siniflərdə keçirilən yoxlama imtahanlarının yekunu, buraxılış imtahanına hazırlıq məsələləri müzakirə olunacaq.
Müşavirədə nazir, həmçinin, “İlin ən yaxşı ümumtəhsil məktəbi”, “İlin ən yaxşı müəllimi” müsabiqələri üzrə işin gedişi, məktəblərin rasionallaşdırılması, peşə təhsili, elm, dərslik və digər sahələrlə bağlı bir sıra məsələlərə də toxunub, eyni zamanda bu və ya digər istiqamətdə aparılan işlərə dair konkret tapşırıqlar verib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
