Müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə təlimlər
8 il əvvəl
“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin məktəbdənkənar təhsil müəssisələrinin müəllimləri üçün müasir tədris strategiyaları və layihə metodikasının istifadəsi üzrə ixtisasartırma xidməti təlimləri davam edir.
3 mərkəzdə 6 qrup üzrə keçirilən, ümumilikdə 48 akademik saatı əhatə edən, 12 günlük təlim müddətində iştirakçılar tədris materiallarının və dərslərin keçirilməsi üçün layihə metodikasından istifadə bacarıqlarına yiyələnirlər. İştirakçılar həmçinin, layihə çərçivəsində müasir təlim strategiyaları, qiymətləndirmə üsul və alətləri ilə tanış olur, bu mexanizmlərdən səmərəli istifadə edərək dərsi şagirdin marağına və XXI əsrin tələbinə uyğun qurmağı öyrənir, onu daha da zəngin və rəngarəng edirlər. Layihə metodikasını mənimsəyən müəllimlər şagirdləri daha yaradıcı təlimə cəlb etməyə müvəffəq olurlar.
Hazırda Bakı şəhəri 32, 70 və 238 nömrəli tam orta məktəblərdə yerləşən təlim mərkəzlərində məktəbdənkənar təhsil müəssisələrinin 92 nəfər müəllimi iştirak edir.
Təhsil Nazirliyinin sifarişi ilə ümumilikdə 150 nəfər heyətə keçirilməsi planlaşdırılan təlimlərdə artıq 119 nəfər iştirakını başa vurub.
Digər xəbərlər
-
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edəcək
02.11.2026 - 12:20 -
NDU-da Doktorantların və gənc tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) öz işinə başlayıb
30.10.2026 - 20:00 -
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
28.10.2026 - 17:31 -
“Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” sessiyası keçirilib
28.10.2026 - 15:30
