Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Martın 19-da Təhsil Nazirliyində doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunlarına, konfransda fərqlənmiş iştirakçıların mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib.
Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, işlərində müvəffəqiyyət qazanmağı arzulayıb. Nazir son vaxtlar elmin inkişafı istiqamətində mühüm işlər görüldüyündən, vacib sənədlərin qəbul edildiyindən danışaraq bildirib ki, ötən il ölkə Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Misir Mərdanov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılmasını da elmin inkişafı yolunda önəmli addımlardan biri kimi dəyərləndirib.
Sonra nazir elmi-tədqiqat işlərinin müasir səviyyədə aparılması, bu sahəyə yönəldilən vəsaitin artırılması, ali təhsil müəssisələrində elmin inkişafı istiqamətində mühüm addımların atılması məsələlərindən, eləcə də elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsində böyük əhəmiyyət daşıyan ali məktəblərin kitabxanalarının yeni ədəbiyyatlarla zənginləşdirilməsi, onların internet şəbəkəsinə qoşulması üzrə görülən işlərdən danışıb. Eyni zamanda nazir elmin inkişafı istiqamətində müxtəlif nominasiyalar üzrə müsabiqələrin keçirilməsinin, elmi məqalələrin sanballılığına və keyfiyyətinə diqqət yetirilməsinin vacibliyini qeyd edib. Misir Mərdanov çıxışının sonunda konfransda fərqlənmiş iştirakçıların hər birini qazandıqları uğur münasibətilə təbrik edib.
Mərasimdə təhsil nazirinin müavini İradə Əliyeva çıxış edərək doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə məlumat verib və gənclərə xoş arzularını çatdırıb.
Tədbirdə qeyd olunub ki, doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransına 20 ali məktəbdən 298 tezis təqdim edilib. Konfransın 19 bölməsində 222 məruzə dinlənilib və müzakirə edilib. Bölmələrin qərarlarına görə məruzəçilərdən 58 nəfəri işin aktuallığı, yeniliyi və mövzunu auditoriyaya çatdırmaq bacarığı ilə fərqlənib, 5 nəfərin məruzəsi isə ən yaxşı məruzə kimi qiymətləndirilib.
Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov mərasimdə çıxış edib, elmi konfransın yüksək səviyyədə təşkil olunduğunu və onun gənclərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasında, istedadlı gənclərin aşkar edilməsində mühüm əhəmiyyətindən danışıb.
Sonda doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fəal iştirak etmiş 58 doktorant və gənc tədqiqatçıya sertifikat təqdim edilib, 5 nəfər noutbukla mükafatlandırılıb, konfransın bölmələrinə səmərəli rəhbərlik etmiş 28 alimə isə Təhsil Nazirliyinin təşəkkürü elan olunub.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
