Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Martın 18-də Rusiya Məlumat-Mədəniyyət Mərkəzində ölkəmizin ümumtəhsil məktəblərində rus dilinin intensiv tədrisi layihəsi üzrə 2010-cu il üçün tədbirlər planının imzalanması mərasimi keçirilib.
Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin direktoru Ənvər Şeyxov tədbiri giriş sözü ilə açaraq rəhbərlik etdiyi qurumun bir il ərzində Azərbaycanda gördüyü işlər barəsində məlumat verib.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycanla Rusiya arasındakı qarşılıqlı əlaqələrdən danışaraq, iki ölkənin təhsil sahəsindəki əməkdaşlıq istiqamətində həyata keçirilən proqram və layihələrə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.
Təhsil naziri Misir Mərdanov mərasimdə çıxış edərək ümumtəhsil məktəblərində həyata keçirilən rus dilinin intensiv tədrisi layihəsinin şagird, müəllim və valideynlər tərəfindən bəyənildiyini və digər məktəblərin də bu layihəyə qoşulmaq arzusunda olduqlarını diqqətə çatdırıb. Nazir həmçinin, bu istiqamətdə həyata keçirilən, nəzərdə tutulan tədbirlərdən və mövcud sahədəki problemlərdən danışıb.
Sonra təhsil naziri Misir Mərdanov və Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ölkəmizin ümumtəhsil məktəblərində rus dilinin intensiv tədrisi layihəsi üzrə 2010-cu il üçün tədbirlər planını imzalayıblar.
Mərasimdə Təhsil Nazirliyinin və Rusiya Məlumat-Mədəniyyət Mərkəzinin əməkdaşları rus dilinin intensiv tədrisi layihəsi istiqamətində görüləcək işlər, perspektiv planlar və problemlərin həllinə dair müzakirələr aparıblar, habelə, tədbir iştirakçılarının təklifləri dinlənilib. Eyni zamanda tədbirlər planında nəzərdə tutulan məsələlərdən danışılıb, pilot məktəblərin direktorlarına müsabiqə və olimpiadalarda iştirak edəcək şagirdlərin seçim şərtləri barədə məlumat verilib.
Sonda tədbir iştirakçıları Rusiya Məlumat-Mədəniyyət Mərkəzində yaradılmış kitabxana və buradakı metodik ədəbiyyatlarla tanış olub, şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə pilot məktəb kimi seçilmiş Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumtəhsil məktəblərinin rəhbərləri və rus dili müəllimləri iştirak edib.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
