Azərbaycanlı məktəblilər İstanbulda beynəlxalq rəqs festivalında iştirak ediblər
Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibəti ilə keçirilən bayram mərasimləri çərçivəsində İstanbuldakı “Miniatürk” Mərkəzində 9-cu Gökcan Kolleci Uşaq Xalq beynəlxalq folklor rəqsləri festivalı təşkil olunub.
On iki ölkənin iştirak etdiyi festivalda ölkəmizi Bakıdakı Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb təmsil edib. Bu təhsil ocağında fəaliyyət göstərən “Milli rəqs” dərnəyi 4 müəllim və 20 şagirddən ibarət qrupla festivalda iştirak edib.
Mərasim Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Sonra Türkiyənin dövlət himni səsləndirilib.
Şagirdlərimiz bədii gimnastika, milli rəqs və xalq mahnılarımızın ifası ilə çıxış ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” ifadəsinin səsləndirilməsi alqışlarla qarşılanıb. Sonra şagirdlər “Azərbaycanlıyam!” mahnısını ifa ediblər.
Tahir Həsənov adına məktəbin direktoru Yuliya Kərimova şagirdlərin festivalda iştirakının bir çox cəhətdən əhəmiyyətli olduğunu qeyd edib: “Şagirdlərin istedadları ilə Azərbaycanı təmsil etmələri onlarda Vətənimizi təbliğ etməkdə böyük qürur və həvəs yaradır. Digər mühüm cəhət layihənin şərtlərinə görə, qrupda təmsil olunan şagirdlərin səfər çərçivəsində Türkiyədəki şagirdlərin evlərində qalmalarıdır. Bu, özlüyündə Azərbaycan-Türkiyə qardaşlığını məktəblilər arasında tərənnümdür”.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
