Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Martın 16-da Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişinin imzalanma mərasimi keçirilib.

Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu layihənin “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyini qeyd edib. Nazir bildirib ki, sazişin əsas məqsədi müvafiq proqram çərçivəsində “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi ilə bağlı tərəflərin üzərinə götürdükləri öhdəliklər əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında əməkdaşlığın qurulmasıdır. Misir Mərdanov Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” təşkilatının birgə hazırladığı bu layihənin Avropa Komissiyası tərəfindən qəbul edildiyini diqqətə çatdırıb. Nazir layihənin ümumi dəyərinin 640.770 avro olduğunu, onun Avropa Komissiyasının və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının ayırdığı vəsait hesabına maliyyələşdiriləcəyini vurğulayıb. Misir Mərdanov bildirib ki, layihənin məqsədi Azərbaycanda alternativ qayğı növü olan himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulmasıdır.
Tədbirdə o da qeyd edilib ki, 3 il ərzində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində himayədar ailələrin və uşaqların seçim meyarları, qiymətləndirilməsi, maliyyələşdirmə mexanizmləri hazırlanacaq və onun icrası müddətində himayədar ailə olmaq istəyi ilə müraciət edən namizədlərdən 50 ailənin seçilməsi, onlar üçün treninqlərin təşkil edilməsi nəzərdə tutulur. Layihəyə əsasən övladlıq, qəyyumluq və ya himayədar ailələrə verilməsi mümkün olmayan 10 uşaq üçün ailə tipli kiçik qrup evi yaradılacaq. Eyni zamanda himayədar (foster) ailələrə yerləşdiriləcək uşaqların bu ailədəki vəziyyətinin dövri monitorinqini aparmaq üçün 25 nəfər sosial işçinin hazırlanması və onların Əzizbəyov rayonu ərazisində yerləşən dövlət uşaq müəssisələrində çalışan tərbiyəçi-müəllim kontingenti içərisindən seçilməsi planlaşdırılır.
Çıxışının sonunda nazir layihənin hazırlanmasında əməyi olan şəxslərə təşəkkürünü bildirib və onun uğurla həyata keçirilməsinə inamını vurğulayıb.
Mərasimdə iştirak edən “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka, Avropa Komissiyası ofisi rəhbərinin müavini Jan Lui Lavrov, YUNİSEF-in ölkəmizdəki nümayəndəsi Mark Herevard və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Mərkəzi Asiya və Qafqaz üzrə əlaqələndiricisi Brigitte Stoeppler öz çıxışlarında bu layihəni birgə əməkdaşlığın əsası olduğunu və YUNİSEF-in mövcud sahədə aparılan işlərə dəstək göstərdiyini diqqətə çatdırıblar. Çıxış edənlər Azərbaycanda uşaqların müdafiəsi sahəsində himayədar (foster) alternativ qayğı sisteminin yaradılmasının əhəmiyyət kəsb etdiyini vurğulayaraq layihə haqqında iştirakçılara ətraflı məlumat verib və gözlənilən nəticəyə nail olunacağına ümid etdiklərini bildiriblər .
Sonra Təhsil Nazirliyi ilə Avstriyanın “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı arasında “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsinin həyata keçirilməsi məqsədilə birgə əməkdaşlıq çərçivəsində Qrant Sazişi imzalanıb. Sazişi təhsil naziri Misir Mərdanov və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının prezidenti Franz Çeşka imzalayıb.
Mərasimin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.


10 il əvvəl