Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin
və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Martın 2-də təhsil naziri Misir Mərdanov Almaniyanın “Winter” Şirkətinin rəhbəri Volfqan Vinterlə görüşüb.
Qonağı səmimi salamlayan nazir son illər Azərbaycanla Almaniya arasındakı mövcud əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb. İki ölkə arasında təhsil sahəsində yaradılan əməkdaşlığın nəticəsi olaraq bir sıra uğurların əldə edildiyini bildirən Misir Mərdanov peşə təhsili üzrə Almaniya təcrübəsindən bəhrələnməyin əhəmiyyətindən bəhs edib. Nazir həmçinin, Azərbaycanda peşə təhsilinə marağın artmasından söz açaraq bu məsələnin ölkə Prezidentinin diqqət mərkəzində olduğunu vurğulayıb və mövcud istiqamətdə həyata keçirilən tədbirlər barədə qonağa məlumat verib.
Təhsil naziri Misir Mərdanov Almaniya ilə Azərbaycan arasında təhsil sahəsində mövcud olan əməkdaşlıqdan məmnunluğunu bildirib və qonaqların Bakı şəhərində fəaliyyət göstərən bir sıra peşə təhsili müəssisələrində olmasının əhəmiyyətini qeyd edib. Nazir eyni zamanda bu əməkdaşlığın inkişafı baxımından müvafiq təklifləri dinləməyə və qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.
Səmimi qəbul üçün Misir Mərdanova təşəkkürünü bildirən qonaq ölkələrimiz arasındakı mövcud əlaqələrdən, Almaniyada peşə təhsilinə xüsusi əhəmiyyət verilməsindən söz açıb. Volfqan Vinter həmçinin, birgə əməkdaşlığın səmərəli nəticələr verəcəyinə ümid bəslədiyini vurğulayıb.
Görüşdə iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq layihə sənədinin hazırlanması, gələcək perspektivlər və digər məsələlər barədə müzakirələr aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev Tacikistan Respublikasının təhsil və elm naziri ilə görüşüb
23.05.2026 - 15:20 -
Böyük Britaniyanın Vorvik Universiteti ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib
23.05.2026 - 12:05 -
Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək
22.05.2026 - 14:30 -
Azərbaycan nümayəndə heyəti QS rəhbərliyi ilə görüşüb
22.05.2026 - 12:30 -
Nazir müavini Azərbaycan - Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclasında iştirak edib
21.05.2026 - 19:00
