Təhsil naziri Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı ilə görüşüb
İyunun 16-da təhsil naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Corc Vaşinqton Universitetinin Təhsil fakültəsinin dekanı, təhsil siyasəti üzrə professor Maykl Föyer ilə görüşüb.
Görüşdə tərəflər 13-16 iyun 2017-ci il tarixlərində Bakıda keçirilmiş “Beynəlxalq Təhsil Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüblər.
Eyni zamanda, görüşdə səfər çərçivəsində Maykl Föyer tərəfindən bir sıra məktəblərə edilmiş ziyarətlərlə bağlı fikir mübadiləsi aparılıb, təhsil sahəsində birgə tədqiqatların və layihələrin həyata keçirilməsi müzakirə edilib.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00 -
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36
