Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə
Bakı şəhərindəki ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “ Siqaretə yox deyək” və digər mövzularda “Dəyirmi masa”, seminar, mühazirələr təşkil edilib.
Tədbirlərdə şagirdlər, valideynlər, müəllimlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.
Məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunan tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələbləri ilə əlaqədar atılan addımlar diqqətə çatdırılıb.
Tədbirlərdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00 -
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36
