Bilik yarışının qalibləri bəlli olub
Məktəblilər arasında www.e-test.edu.az portalı vasitəsilə keçirilən bilik yarışının qalibləri bəlli olub.
Təhsil Nazirliyi tərəfindən keçirilən bilik yarışı şagirdlərin istedadının, intellektual səviyyəsinin, nitq, təqdimat qabiliyyətinin və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılması məqsədilə təşkil edilib.
Nəticələrə görə, 35 məktəbli bilik yarışında yüksək bal toplayaraq qalib adını qazanıb. Artıq paytaxtın 283 və 83 nömrəli məktəblərinin bilik yarışında uğur qazanan şagirdləri təltif olunublar. Digər qaliblər dərs ilinin sonuna qədər Təhsil Nazirliyi tərəfindən sertifikat, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, portal vasitəsilə elektron qeydiyyatdan keçən şagirdlər 8 fənn üzrə 30 000-dən artıq test çalışmasını həll edərək bilik yarışının iştirakçısı olurlar. Çalışmaları həll etdikcə hər bir şagird müvafiq ballar qazanır. Toplanan ballar artdıqca şagirdlərə virtual simvolik həvəsləndirici medallar verilir. Cavabların düz və ya səhv olması barədə məlumat interaktiv şəkildə dərhal ekranda görünür.
Portala digər fənlər üzrə də yeni test tapşırıqlarının əlavə olunması nəzərdə tutulur.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
