Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı məktəblilərin növbəti uğuru

Makedoniyanın Oxrid şəhərində məktəblilərin 34-cü Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Bolqarıstan, Rumıniya, Serbiya, Türkiyə, Yunanıstan və digər Balkan ölkələri ilə yanaşı İngiltərə, İtaliya, Qazaxıstan, Səudiyyə Ərəbistanından şagirdlərinin iştirak etdiyi bu elm yarışında Azərbaycan 6 şagird və 2 rəhbər olmaqla 8 nəfərlik heyət ilə iştirak edib.

Orta yaş həddi 15-dən kiçik olan, yeni formalaşmış komandamız olimpiadada uğurlu nəticə göstərib.

Hər biri maksimum 10 bal ilə qiymətləndirilən 4 müxtəlif sualın həllərini yazmaq üçün şagirdlərə 4 saat 30 dəqiqə vaxt verilib. Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 9-cu sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Anar Abbaslı, Gəncə şəhəri 26 nömrəli tam orta məktəbin eksperimental pilot siniflərinin 11-ci  sinif şagirdi Mirəli Əhmədli və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Murad Ağazadə olimpiadanın bürünc medalına layiq görülüb. 

Qeyd edək ki, bu şagirdlərin  hər biri  Fizika riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həftədə iki dəfə olmaqla hazırlıq dərslərində iştirak edirlər.


8 il əvvəl