Qanvermə aksiyası keçirilib
8 may-Beynəlxalq Talassemiya Günü ilə əlaqədar Bakı şəhərindəki 202 nömrəli tam orta məktəbdə qanvermə aksiyası keçirilib. Aksiyada Təhsil Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər fəal iştirak edib.
Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə təşkil olunub.
Aksiyada Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar tibb briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini yoxlayıb və bundan sonra müvafiq qaydada qan götürüblər. Qan nümunələri xüsusi laboratoriyada yoxlamadan keçiriləcək və irsi qan xəstələrinin müalicəsində istifadə etmək üçün Mərkəzi Qan Bankında toplanacaqdır.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
