Azərbaycan məktəbliləri iki medal qazanıb
Qazaxıstanın paytaxtı Astana şəhərində məktəblilərin 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. Yuxarı sinif şagirdləri arasında keçirilən və 3 turdan ibarət olan elm yarışmasında 20 ölkədən 120 məktəbli iştirak edib.
Beynəlxalq elm yarışmasında Azərbaycanı təmsil edən komanda böyük uğura imza atıb. Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, “İstək” liseyinin 10-cu sinif şagirdi Ramil Babazadə isə bürünc medal qazanıb.
Ötən tədris ilində şagirdlərimiz bu mötəbər yarışda 2 bürünc medala layiq görülüb. Ümumiyyətlə isə bu olimpiadada Azərbaycan məktəbliləri 4 qızıl, 7 gümüş və 30 bürünc medal olmaqla 41 medal qazanıb.
Beynəlxalq Mendeleyev Kimya Olimpiadasının qalibləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetində qəbul imtahanı vermədən ödənişsiz oxuma haqqına sahib olurlar.
8 il əvvəl
Digər xəbərlər
-
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası ilə bağlı Bakıda tədrisin təşkilində müvafiq tənzimləmələr ediləcək
23.04.2026 - 17:00 -
Nazir müavini “Yeni çağırışlar” kitabının təqdimat mərasimində iştirak edib
23.04.2026 - 11:53 -
Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşüb
23.04.2026 - 10:14 -
Nazir Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
22.04.2026 - 17:36 -
Təhsilalan və təhsilverənlərin vergi mədəniyyəti və maliyyə savadlılığının artırılmasına dair tədbirlərə başlanılır
21.04.2026 - 12:16
